Litvek - онлайн библиотека >> Народное творчество >> книги для детей >> Gül sənavərə neylədi ?

Книга - Gül sənavərə neylədi ? . Народное творчество - прослушать в Litvek

Год издания: -

Язык книги: азербайджанский

Издательство: Аудиокитаб ООО

ISBN:

   просмотрело гостей за:

сутки: 1   этот месяц: 39    этот год: 39
всё время: 39

Biri var idi, biri yox idi, bir padşah var idi. Bu padşahın malının, dövlətinin həddi-hesabı yox idi. Amma özündən sonra gorunda çıraq yandıran heç bir uşağı yox idi. Bu fikir padşahı salmışdı dərdə-qəmə. Bir gün bir dərviş gəldi qapıya. Baxdı ki, padşah çox fikirdədi. Dedi: – Padşah sağ olsun, nə olub sənə, de, bəlkə dərdinə çarə elədim. Padşah dedi: – Eh, bütün həkimlər, təbiblər, yığıldı bir çarə eləyə bilmədilər, sən neyləyəcəksən? – Sən de, padşah, mən çarə edərəm. Padşah açıb dərdin dedi. Dərviş ona üç alma verib dedi: – Hərəsinin bir üzün özün ye, bir üzün də hər arvadının birinə ver! Doqquz aydan sonra hər arvaddan bir oğlun olar. Ancaq bu şərtlə ki, oğlanlarının biri mənimdi. Padşah razı oldu. Dərviş ona üç alma verib getdi. Padşah dərvişin tapşırığı kimi hər almanın bir üzünü özü yedi, bir üzünü də arvadlarına verdi. Doqquz ay, doqquz gündən sonra padşahın hər arvaddan bir oğlu oldu. Birinin adın qoydular Məlik Məmməd, birinin adın Məlik Əhməd, üçüncüsünün də adın qoydular Məlik Cümşüd. Bəli, bu uşaqlar böyüdülər. Xoruzlar banladı, səhərlər açıldı, çaqqallar uladı, axşamlar oldu, günlər dolandı, illər keçdi, bu oğlanlar on beş-on altı yaşlarında oldular. Padşah hərdən oğlanlarının boyuna baxıb fəxr eləyirdi. Bunlar belə yaşamaqda olsunlar, günlərin bir günündə dərviş qapını döydü. Bunu ötürdülər padşahın yanına. Padşah bunu görcək vədəsi yadına düşdü. Əhvalı qarışdı. Dərviş oturdu, bir az o yandan, bu yandan söhbət edəndən sonra, gəldi çıxdı mətləbin üstünə ki....

  : 0 : 0 : 0 : 0 : 0  

Написать комментарий к книге:

ДРУГИЕ КНИГИ:

Litvek: лучшие книги месяца
Топ книга - Лавр [Евгений Германович Водолазкин] - читаем полностью в LitvekТоп книга - Николай II [Эдвард Станиславович Радзинский] - читаем полностью в LitvekТоп книга - Сила воли. Как развить и укрепить [Келли Макгонигал] - читаем полностью в Litvek